Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-09-2024 , 19:03

1252

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Qəsəbədə şəhid ailələrinə Badamdar bələdiyyəsi tərəfindən hərtərəfli qayğı göstərilir”

“Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə daim yüksək diqqət və qayğı göstərir. Ölkə başçısı bütün qurumlar qarşısında həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Bu istiqamətdə biz bələdiyyə üzvləri də kənarda qalmırıq”- bu fikirləri Səbail rayonu Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov bələdiyyənin sədr müavinlərinin və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakıyla keçirilən görüşdə deyib.

“Prezident İlham Əliyev bütün çıxışlarında bu dəyəri belə ifadə edir: “Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir””.

Sədr daha sonra qeyd edib ki, qəsəbədə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və müharibə veteranlarına Badamdar bələdiyyəsi tərəfindən hərtərəfli qayğı göstərilir. Onların müraciətlərinə həssaslıqla baxılaraq qanuni tələbləri dərhal yerinə yetirilir, həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində konkret layihələr icra olunur.

Sədr bildirb ki, ötən dörd il ərzində şəhidlərin məzarüstü abidlərinin qoyulması, barelyeflərinin qoyulması, barelyeflərin ətrafının abadlaşlaşdırlıması, həmçinin şəhidlərin məzarüstü abidələrinin ətrafının abadlaşdırılması həyata keçirilmişdir.

Bələdiyyə iclasının qərarıyla 2024-ci il üzrə  şəhid Qurbanov Murad Asif oğlunun  barelyefinin qoyulmasına  5.600 manat,  Alıyev Kamal Bayram oğlu  barelyefinin qoyulmasına  3.188 manat xərc çəkilmişdir. Bununla yanaşı  şəhid anası Əhədova Yasəmən Əbil qızına və şəhid atası Əhədov Qələmşah Əli oğluna  1000 manat həcmində, 11 nəfər qaziyə isə 2700 manat həcmində    maddi yardım göstərilmişdir.

Həyata keçirilən sosial layihələrdə aztəminatlı ailələr də unudulmamışdır. Belə ki, cari il ərzində  aztəminatlı ailələrə bələdiyyə iclasının qərarıyla 36.925  manat həcmində maddi yardım göstərilmişdir.

Əvvəl ki illərdə də Badamdar bələdiyyəsi əldə etdiyi büdcə gəlirlərinin demək olar ki, 40 faizədək hissəsini məhz bu istiqamətə ayırmışdır.  Bundan sonra bu şəkildə maddi və mənəvi dəstək göstərməyə çalışacağıq.

Görüşdə iştrak edən sədr müavinləri Xədicə Həsənova və Rauf Mayılov, habelə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli  mövzu ilə əlaqəli öz təklif və tövsiyələrini bildiriblər.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər